MÜRACİƏTİMİZ

Əziz həmkarlar,
Sizin dəstəyiniz və yaxından iştrakınızla Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin 2018-ci il 29-30 iyun tarixlərində Bakı şəhərində keçirdiyi Təqdimat Toplantısı tədbirləri olduqca uğurlu və yaddaqalan oldu.
Əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməyərək və tədbirdə verdiyimiz vəədlərə sadiq qalaraq, ilk Elmi-praktiki Konqresimizin keçiriləcəyi xəbərini böyük sevinc və məsuliyyət hissi ilə sizlərə çatdırmaq istəyirik.
Əsas hədəf və prinsipimiz əhalimizə əl-çatan və keyfiyyətli xidmət göstərmək məqsədi ilə ağız və üz-çənə cərrahiyyəsi ixtisasına dair bilik və təcrübələrimizi yerli və xarici həmkarlarla bölüşmək, beynəlxalq əməkdaşlıq qurmaq, bu sahədə gələcək nəsli ruhlandırmaq və mütəxəssislərimizi yeni nailiyyətlərə təşviq etməkdir.
Hal-hazırda, ağız və üz-çənə cərrahiyyəsinin innovativ texnologiyalara əsaslanan uğurlarını zirvə adlandıra bilsəkdə, sürətlə inkşaf edən sahəmiz daha yeni nəaliyyətlər üçün araşdırmalar aparılmasını və mütəmadi təcrübə və bilik mübadiləsini tələb edir. Bu məqsədlə keçirəcəyimiz Elmi-praktiki Konqresin mövzusunu “Daha yaxşı gələcək quraq”olaraq təyin etdik.
İxtisasımız üçün yeni gələcək qurmaq naminə , 2019-cu il Mart ayının 14-16 tarixlərində Bakıda keçiriləcək Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin 1-ci Elmi-praktiki Konqresində bu sahənin potensiallarını, fərqli istiqamətlərdə əldə etdiyi yeni nəaliyyətləri müzakirə etmək və ixtisasın gələcəyinə öz tövhələrini vermək istəyən hərbir həmkarımızın bu elmi forumda fəal iştirak edəcəyinə ümid edirik.
İxtisasımız üçün daha yaxşı gələcək quraq

QEYDİYYAT FORMASI