Açılış
Əziz həmkarlar,
Ölkəmizdə səhiyyə sahəsində aparılan islahatları rəhbər tutaraq, Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti tibbdə davamlı təhsil sahəsində öz üzərinə götürdüyü şərəfli vəzifələri layaqətlə yerinə yetirməyə çalışır. Bu sahədə tibbi xidməti daha yüksək səviyyələrə qaldırması üçün ən yeni texnologiyaların tədbiqinin müzakirəsi və təcrübə mübadiləsi aparılması məqsədi ilə Cəmiyyət tərəfindən Beynəlxalq Elmi-Praktiki Konqres keçirilir.
Tədbirə ABŞ, Türkiyə, Rusiya, İtaliya, Hindistan, Almaniya, İngiltərə, Şotlandiya, Niderland, İran, Ukrayna, Tayland, İordaniya, Gürcüstanın tibb sahəsində tanınmış mütəxəssisləri eləcədə, Beynəlxalq və Avropa Ağız və Üz-çənə Cərrahları Cəmiyyətlərinin rəsmi nümayəndələri dəvət olunub. Onlarla birlikdə Azərbaycan ağız və üz-çənə cərrahaları, müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışan bu sahəyə yaxın peşə sahibləri, ümümlikdə 400-ə yaxın alim, həkim və rezidentlər Konqresə qatılır.
Konqresin zəngin Proqramına135 elmi-tədqiqat işi daxildir: onlardan 25-i plenar mərüzələr, 75 açıq çıxışlar, 16 poster nümayişləri, qalanları isə tezis şəkilində təqdim olunacaq. Həmçinin, Konqres zamanı həkimlərin bacarıq qabiliyətinin təkmilləşdirilməsi üçün Master Klaslar da təşkil olunub.
Məhz Kongresin akademik səviyyəsini nəzərə alaraq Səhiyyə Nazirliyi bu tədbiri ən yüksək 24 kreditlə attestasiya edibmiş.

Yekün
Hörmətli həmkarlar!
Azərbaycan Ağız və Üz-Çənə Cərrahaları Cəmiyyətinin 1-ci Beynəlxalq Kongresinin uğurla başa çatması münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ötən 3 gün Azərbaycanın ağız və üz-çənə cərrahiyyəsinin tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu.
Kongresdə xarici dövlətlərdən gələn və respublikamızı təmsil edən hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm və ümid edirəm ki, bu möhtəşəm tibb bayramını bizimlə bölüşən hər bir insan Kongresi həmişə xatırlayacaq.

Bu tədbir nə verdi
Bu tədbir ilk növbədə təşkilatımızın kamilliyini nümayiş etdirdi. Eyni zamanda tanınmış, dünya şöhrətli mütəxəssislərlə Konqresda yaradılan fikir mübadiləsi bölüşmək imkanı hər bir həmkarımız üçün böyük bilik və təcrubə məktəbi oldu. Bu səviyyədə keçirilən tədbirlər ölkəmizdə tibbi xidmətin daha yüksək səviyyəyə qalxmasına şərait yaradır və eyni zamanda dünya ictimayətini azərbaycanlı mütəxəssislərin elmi nailiyyətləri, mədəni irsimiz və qonaqpərvərliyimizlə tanış edəcək.

Xarici qonaqlar hansı səviyyədə təmsil olundu 
Tədbirimizə 15 xarici dövləti eləcədə, Beynəlxalq və Avropa Ağız və Üz-çənə Cərrahları Cəmiyyətlərini təmsil edən qabaqcıl, dünya şöhrətli mütəxəssisləri qatılmışdır. Onların keçirilən tədbir haqqında fikirlərini Sizə çatdırıq.

Rui Fernandes (ABŞ)
Beynəlxalq Üz-çənə cərrahlar Cəmiyyətinin rəsmi nümayəndəsi
Əziz Professor Rəhimov.
Mən Azərbaycan Ağız və Üz-Çənə Cərrahaları Cəmiyyətinin fantastik 1-ci Beynəlxalq Konqresinin bir parçası olduğuma görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Yeni dostlar tanımaq və köhnə dostlarla təkrar görüşmək mənə böyük zövq verdi.
Konfrans zamanı Sizin təcrubənizlə də tanış ola bildim və təsirləndim. Əminəmki siz öz sahənizdə zirvədəsiniz.
ABŞ-a və işimə geri qayıtdım. Mən Azərbaycanlı kolleqalarımla sıx münasibətdə olmağı gözləyirəm.

______________________________________________________________________________
Ashraf Ayoub (Şotlandiya)
Əziz Professor Rəhimov,
Konfrans çox uğurlu alındı. Mühazirələrdən və yerli həkimlərlə, tədqiqatçılarla olan interaktiv ünsiyyətdən çox şey öyrəndim. 2020 ildə Azərbaycan Ağız və Üz-Çənə Cərrahalarının jurnalının dərc olunması çox həyəcan verici olardı. Əslində siz jurnalın ilk dərcini çıxarmağa hazırsınız və əgər istəsəniz dəvət olunmuş mühazirəçilər öz mühazirələri haqqında qısa informasiya verə bilərlər. Mən də eynisini etməyə çox şad olardım. Bu jurnal cəmiyyətinizin rəmzi olabilər və eyni zamanda bir elmi forum kimi həkimlər və tədqiqatçılar arasında münasibət qurmağa kömək edər.
Habelə, sizinlə ən yaxın gələcəkdə tərəfdaşlıq etməyi səbrsizliklə gözləyirəm.
Xahiş edirəm, öz komandanıza bizim üçün əllərindən gələni etdiklərinə görə təşəkkürümü çatdırasınız.

______________________________________________________________________________
Manlio Galiè (İtaliya)
Avropa Kəllə və üz-çənə Cərrahları Cəmiyyətinin rəsmi nümayəndəsi.
Hörmətli prof. Rəhimov
Sizi fantastik şəhərdə və heyranedici məkanda təşkil etdiyiniz tədbirlə təbrik edirəm. Həm elmi həm də sosial cəhətdən yüksəks səviyyədə təşkik olunmuşdur. Dostluğunuz üçün təşəkkür edirəm, sizə və əməkdaşlarınlıza parlaq gələcək arzu edirəm.

_____________________________________________________________________________
Nicolai Adolphs (Almaniya)
Hörmətli prof. Rəhimov,
AzOMFS-in birinci konqresində iştirak imkanı yaratdığınız və məni dəvət etdiyiniz üçün təşəkkür edirəm. Bakı səfəri mənim üçün qeyriadi təcrübə idi.
Mən inanıram ki, bu konqres Sizin böyük uğurunuzdur. Yaratmış olduğunuz müstəsna abu hava və qonaqpərvərliklə birklikdə təşkil olmuş yüksək elmi səviyyə sahəmiz üçün böyük dəstəkdir. Əlaqələrimizi gələcəkdə gücləndirəcəyimizə inanır və əlimdən gələni edə biləcəyimi bildirmək istəyirəm.
Prof. Birmeri görmək mənim üçün çox sevindirici hall idi,o, mənim təhsil aldığım dönəmlərdə,1990 cı ildə Munxendə kafedra müdiri idi. O, həqiqətən də əfsanədir.

______________________________________________________________________________
Edgar Biemer (Almaniya)
Əzizim Çingiz,
Münxenə qayıtdım, səyahətim yaxşı keçdi, gələcək tədbirləri gözləyirik.
Köhnə dostları görmək və yeniləri tanımaq çox xoş oldu.
Üz çənə cərrahları tədbirlərinə çox nadir hallarda dəvət olunuram ancaq sərbəst toxuma köçürmələrinin bu sahəni nə qədər dəyişdiyini və bu sahə tərəfindən asanlıqla istifadə olunması məncə böyük irəliləyişdir. İndiyə qədər bu işi ilk dəfə görməyin cəsarəti və qüruru yadımdadır. Ancaq bu gün bunların hamısı gündəlik işlər halına gəlib. Yenidən dəvətiniz üçün təşəkkür edir və Sizi tədbirinizlə əlaqədar təbrik edirəm,uğurlar arzu edirəm.

______________________________________________________________________________
Piranit NİK Kantaputra (Tailand)
Əziz Professor Rəhimov,
Mənim unudulmaz xatirələrim var.Sizi çox uğurlu kongres münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, mənim mühazirəm bəziləri üçün yararlı oldu. Qonaqpərvərliyiniz üçün dərin minnətdarlığımı bildirirəm. Təşəkkürlər.
Robert Schuller in bu sözlərini sizinlə bölüşürəm
“Əgər uğursuz olmayacağını bilsən, nələr edərsən?”

______________________________________________________________________________
Aakshay Gulati (İngiltərə)
Avropa Kəllə və üz-çənə Cərrahları Cəmiyyətinin rəsmi nümayəndəsi.
Hörmətli prof. Rəhimov,
Bakıda keçirilən AzOMFS-in 1-ci Beynəlxalq Kongresində iştirak etmək mənim üçün böyük bir şərəf idi. Tədbirin Elmi məzmunu və qatılanların həvəs və həyəcanı hamısı Sizin əziyyətlərinizin isbatıdır. Əlbəttə ki, inkşaf etdirdiyimiz münasibətlərimiz və Sizin qonaqpərvərliyiniz əvəzolunmazdı .
Bu səfər zamanı mən prof. Ə.Ayoub ilə Cəmiyyətin dərc olunacaq jurrnalın böyük bir addım olacağına və konqresin müsbət yekunu olacağına inanıram. Bu addım gənc nəsil arasında araşdırma mədəniyyətini inkişaf etdirəcəyinə və sahənin tərəqqinə təkan verəcəyini düşünürəm. Sizə hər cəhəttdən bu işdə kömək və dəstək olmağa hər zaman hazıram və hər bir mərhələni dəqiqliklə müzakirə edə bilərik.

______________________________________________________________________________
Aleksandr Nerobeyev (Rusiya)
Hörmətli Çingiz Rəhimov!
Ölkənizdə keçirilən 1-ci dəvət olunduğuma görə təşəkkür edirəmş Her şey çox yüksək səviyyədə təşkil olunmuşdur və mən bizim görüşməyimizdən və dünya şöhrətli əməkdaşlarımla tanış olmağımdan böyük məmnumiyyət hissləri keçirdim. Sizə ixtisasımızn inkişafı naminə fədakar fəaliyyətinizdə gələcəkdə uğurlar arzulayıram. Mən sizin səylərinizi çox yüksək qiymətləndirirəm.

____________________________________________________________________________
Mustafa Sancar ATAÇ (Türkiyə)
Hörmətli prof. Rəhimov
Özümün və TAOMS-un adından dərin hörmətlərimizi çatdırıram. Bakıdakı ilk AzOMFS kongresinin bir parçası olmaq böyük şərəfdir. Siz və sizin komandanız konqresin həm elmi həm də sosyal proqramının təşkilində çox böyük işlər gördünüz. Biz özümüzü evimizdəki kimi hiss etdik. Avroaziya regionunda yeni və güclü başlanğıcdır. Şəxsi və elmi münasibətlərin inkişafı üçün sıx əlaqələrə hazırıq. Gələcək illər üçün mütəmadi görüşlərin təşkiki üzərində çalışmalıyıq. Sizə yenidən təşəkkürümü bildirmək istəyirəm

_____________________________________________________________________________
Hakan Tüz (Türkiyə)
Hörmətli prof. Rəhimov
Həm sosial cəhətdən həm də elmi cəhətdən yüksək səviyyədə təşkil etdiyiniz tədbirdə yanınızda olmaq mənim üçün böyük şərəf idi.
Azərbaycanlı bacı və qardaşlarımızın yanında olmaq isə ayrıca zövq idi. Sizinlə və sizin həmkarlarınızla gələcək iş birlikləri qurmaq ümidi ilə.

______________________________________________________________________________
Sajjad Walji (Hollandiya)
Hörmətli Prof. Rahimov,
Azerbaycana səfər etmək ve Azərbaycan Üz-Çənə Cərrahları Cəmiyyetinin ilk Beynelxalq Konqresinde istirak etmək boyuk şərəf idi. Bu tədbir uzun müddət xatirələrimde qalacaq. Siz ve sizin komandaniz meni yüksek qonaqperverlikle qarşıladi. Bu sahenin Azərbaycandaki inkisafi ucun edebileceyim birsey varsa cekinmeden muraciet edə bilersiniz. Sizi yaxın zamanda gormeye umid edirem eyni zamanda Azerbaycandaki həmkarlarıma salamlarımı gonderirem, yaxın zamanda gorusmek umidi ile.

________________________________________________________
Pietro Bormioli (İtaliya)
Hörmətli prof.Rəhimov,
Yekunlaşan konqres qəlbimizdə təkcə mükəmməl elmi proqramı ilə deyil həmçinin istiqanlı dostluqlarla yadda qaldı. Qonaqpərvərliyiniz üçün bir daha təşəkkür edirəm.

______________________________________________________________________________
Satheesh Prabhu (İngiltərə)
Avropa Kəllə və üz-çənə Cərrahları Cəmiyyətinin rəsmi nümayəndəsi.
Hörmətli prof. Rəhimov
Uğurlu konqres münasibəti ilə təbrik edir ,qonaqpərvərliyiniz üçün təşəkkür edirəm . Oxforddan xoş arzularla

______________________________________________________________________________
Sergey İvanov (Rusiya)
Hörmətli Çingiz Rəhimov!
Hər şey möhtəşəm amma təssüfki çox tez keçən günlərlə yadda qaldı! Çox böyük diqqətlə yanaşdığınıza və dəstəyə görə təşəkkürümü bildirirəm. Sizdən səmimi ümüdlərlə yaradıcı əməkdaşlıq qurmaq arzusunda ayırılıram!

______________________________________________________________________________
Rafia Lahooti (Pakistan)
Hörmətli sədr!
Tanınmış mütəxəssislər və kolleqaların yanında bayrağımı təmsil edə bilmək mənim üçün şərəf və prestijdir.
Konqres çox gözəl təcrübə idi və düşünürəmki Bakıda qəlbimin bir hissəsini qoymuşam. Qonaqpərvərliyiniz üçün təşəkkürlər. Sizi Pakistana dəvət edirəm. Görüşmək ümidi ilə.

_________________________________________________________
S.M.Balaji (Hindistan)
Konqresin əsas təşkilatçılardan biri, amma tədbirdə iştrak edə bilməyən.
Əziz Qardaşım,
Mən çox şadam ki sənə bu proqramı təşkil etməkdə köməyim olub. Əlaqə saxladığım bütün mühazirəçilərin kongreslə bağlı xoş təəsüratları var. Onlar sizin cəmiyyətə dəstək olmaq və akademik sahələrdə kömək etmək istəyirlər.

Azərbaycan üçün nə verirb
Son illərdə respublika rəhbərliyinin təşəbbüsü ilə ölkəmizin zəngin mədəni irsini və nailiyyətlərini dünyaya nümayiş etdirmək üçün beynəlxalq miqyaslı xeyli tədbir təşkil edilib. Bu faydalı təşəbüsslərdən ilhamlanaraq, öz sahəmiz üzrə təcrübələrimizi bölüşmək, əlaqələri gücləndirmək, gənc mütəxəssisləri bu işə daha yaxından cəlb edib həvəsləndirmək, eyni zamanda əhalimizə keyfiyyətli xidmət göstərə bilmək üçün Cəmiyyətimiz bu beynəlxalq kongresi keçirməyi qərara aldı. Gördükləri yüksək təşkilatçılıq, xalqımızın səmimi qonaqpərvərliyi, mədəni dəyərləri müxtəlif ölkələri təmsil edən xarici qonaqlarımızın qəlbini riqqətə gətirdi. Tədbirin bu ölkələrdə əks-sədası Azərbaycanın həqiqətlərini dünyaya yaymağa kömək edəcək

Bizim məqsədimiz
Qürur hissi duyuruq ki, AzOMFS öz üzərinə götürdüyü şərəfli vəzifələri layaqətlə yerinə yetirir və ən yüksək standartlara cavab verən tədbirini keçirməyə müvəffəq olub. Bu, bütün gələcək AzOMS-un fəaliyyətinin əsasını təşkil edən bir tədbir oldu. Cəmiyyətin əsas məqsədi Azərbaycanda ağız və üz-çənə cərrahiyyəsi haqqında tibbi anlayış və məlumatları genişləndirmək, cəmiyyətimizi bu mövzuda maarifləndirmək, əhalini əlçatan və keifiyyətli tibbi yardımla təmin olunmasında yaxından iştrak etmək, elmi teoritik və pratik məlumatları paylaşmaq, bu mövzuda aparılan araşdırmaları dəstəkləmək. Bunun üçün hər iki ildən bir belə Kongreslərin keçirilməsi və aralıqda respublikanın bütün bölgələrində ixtisasımızın aktual problemlərə həsr olunan konfransların keçirilməsi planlaşdırılır.

Təşəkkürnamə
İlk növbədə Təkilat Komitəsinə, onun hər bir üzvünə, doğma ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasına öz fədakar zəhmətini həsr etdiklərinə görə öz dərin minnətdarlığımı bildirirəm. Kongresdə xarici dövlətlərdən gələn və respublikamızı təmsil edən hər bir şəxsə ürəkdən təşəkkür edirəm. Təşkilatı dəstək verildiyinə görə Azərbaycan Diş implantoloqlarının, Azərbaycan Plastik cərrahların, və Azərbaycan Periodont cərrahların rəhbərlərinə xüsusi təşəkkürümü bildirirəm. Bizim tədbirimizin respublikanın ən möhtəbər Konqres məkanında keçirilməsinə şərait yaradanlara və tədbirimizin keçirilməsində bizə maliyyə dəstəyi verən xüsusən Simay şirkətinə eləcədə Akteon, Kaspiydent və Azfarma-ya təşəkkür edirəm.