30 İyun 2018-ci ildə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Akt Zalında Cəmiyyətin təntənəli Təqdimat Toplantısı keçirildi. Təqdimat Toplantısını ATU-nun elmi işlər üzrə müavini Rauf Bəylərov açdı.
Tədbirin açılışı ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Himni səsləndi

250-dən artıq üzvü olan Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin sədri professor Çingiz Rəhimov ixtisasın inkişaf tarixi və bu qurumun məqsəd və vəzifələri haqqında məlumat verdi.

Çıxışın əvvəlində Ç.Rəhimov keçirilən tədbirlə əlaqədar Cəmiyyətin adına daxil olan təbrikləri səsləndirdi.

EACMF Prezidenti Klaus Volf.
....Mən Azərbaycan Ağız və Üz-çənə Cərrahları cəmiyyətini, bu cəmiyyətin yaradılması barədə qərar verməyiniz münasibəti ilə təbrik edirəm. Bu bir daha təsdiq edir ki bizim peşəmiz beynəlxalq əhəmiyyətlidir.
Klaus Volfun video müraciəti:


İOMFS-in Prezidenti Aleksis
...Mənim fikrimcə bu hadisə, AzSOMS-unun beynəlxalq səviyyədə tanınmasına səbəb olacaq.


İOMFS-in əvvəlki prezidenti Prof.Dr. Dr. Julio Acero
...Sizin son zamanlar beynəlxalq konfranslarda Azərbaycan mütəxəssislərinin təqdim etdikləri nailiyyətlər məni heyran edir.
Öz tərəfimdən Azərbaycan ağız və üz-çənə cərrahları cəmiyyətinin yaradılması münasibəti ilə Sizi ürəkdən təbrik edirəm.
Ç.Rəhimov öz çıxışında Azərbaycanda bu tibbi səviyyəyə çatdıran mütəxəssisləri qeyd etdi.Onlar öz fədakar əməyinə əsaslanıb, peşələrini hər şeydən üstün tutaraq, özlərinin mütərəqqi baxışlarıyla ixtisası inkişaf edərək bu günə çatdırmağa nail olubar.



Gülbala Rəhman oğlu Qurbanov (1896-1976) Azərbaycan üz-çənə cərrahiyyəsinin rekonstruktiv cərrahiyyəsinin pioneri sayılır.
Aşağıda adı çəkilən şəxslərin Azərbaycan üz-çənə cərrahiyyəsinin inkişafında rolu göstərildi.




Baxış Hüseynov
Cəfərağa Səmədov
Oqtay Seyidbəyov
Teymur Babayev




İbrahim Yıldırımın
Əziz Əliyev
Yunus Yusubov
Çingiz Rəhimov

Hazırda Azərbaycanda ağız və üz-çənə cərrahiyyəsi xidmətinin strukturu, əldə edilən təcrübə və elm nailiyyətləri haqqında məlumat verildı.
Cəmiyyətin üzərinə götürdüyü vəzifələr, fəaliyyət planı, əməkdaşlıq imkanları və bu sahənin inkişaf perspektivlərinə baxışları müzakirəyə çıxarıldı. Cəmiyyətin aşağıdaki Fəxri Üzvləri seçildi:
  • İbrahim Yıdırım
  • Edqar Biemer
  • Baxısh Hüseynov
  • Cəfər Səmədov
  • Oqtay Seyidbəyov
  • Yunus Yusubov
  • Tamara Hüseynova
Tədbirdə bir neçə qabaqcıl ölkənin Ağız və Üz-çənə Cərrahları Cəmiyyətlərinin Prezidentləri, rəsmi nümayəndələri və tanınmış mütəxəssisləri (İtaliyadan, İngiltərədən, Almaniyadan, Türkiyədən, İran İslam Respublikasından, Rusiya Federasiyasından, Hindistandan, Ukraynadan, İsraildən), Avropa Kəllə və Üz-Çənə Cəmiyyətinin rəsmi nümayəndələri, eləcə də Azərbaycanda fəaliyyət göstərən tibbi cəmiyyətlərin rəhbərləri çıxış edərək Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin yaradılması ilə əlaqədar öz təbrik ünvanlarını təqdim etdilər.





Fəxri Qonaq
Prof. Dr.
İbrahim Yıldırım
Fəxri Qonaq
Prof. Dr.
Edgar Biemer
Avropa kəllə-üz-çənə cərrahları Assosiasiyası
Prof. Dr.
Satheesh Prabhu
Avropa kəllə-üz-çənə cərrahları Assosiasiyası EACMFS 
Dr. Aakshay Gulati




Rusiya Üz-Çənə Cərrahları Assosiasiyası
Prof. Dr. 
Aleksandr Nerobeyev
Ukrayna Ağız və Üz-Çənə Cərrahları 
Cəmiyyəti
Prof. Dr.
Vladislav Malançuk
Azərbaycan Stomatoloqlar Assosiasiyası
Prof. Dr.
Rəna Əliyeva
Beynəlxalq Damaq və Dodaq Yarıqları Fondu
Prof. Dr.
SM Balaji




Iran Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti 
Prof. Dr.
Ata Qaraceyi
Türk Ağız-Çənə Cərrahları Dərnəyi
Prof. Dr.
Timuçin Baykul
Türk Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti
Prof. Dr.
Mustafa Sancar
Azerbaycan Plastika Cərrahalar
Dr.
Vaqif Qələndər




Azərbaycan Kardio Cərrahalar Cəmiyyəti
Prof. Dr. Kamran Musayev
İstanbul Universiteti Prof. Dr. Hakkı Tanrıyeli
Azerbaycan Peşəkar Ortodontlar Cəmiyyəti
Dr. Ziba Qasımova
Azerbaycan Estetik Stomatologiya
Cəmiyyəti 
Dr. Ramiz Əhmədbəyli




Azerbaycan Paradontoloji Cəmiyyəti
Dr. Cavid Əhmədbəyli
Cəmiyyətin Fəxri üzvü
prof. Yunus Yusubov
İtaliya Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti Prof. Dr. Pietro Bormioli
Beynəlxalq Damaq və Dodaq Yarıqları Fondunun
Prof. Dr.
Adil Məmmədov




İsrail 
PALTOP şirkəti
Sam Topaz
Konfransın yekun şəkli
Vida kokteyli
Konfransın yekun şəkli

Tədbirin sonunda, gələn ilin mart ayında bu sahənin müasir problemlərinin müzakirəsi ilə əlaqədar Bakı şəhərində Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin Beynəlxalq Konfransının keçirilməsi haqda qərar qəbul edilmişdir.
AzSOMS-un keçiriləcək konfransları
14-16 Sentyabr 2018-ci il 
Minimal invaziya ilə Sinus Lift əməliyyatı-daha rahat və daha təhlükəsiz
Oktyabr- Dental implantologiya rəqəmli texnologiyalarla daha uğurlu
Konfransda necə iştirak etmək olar
Bizim tərəfdaşlarımız və bizə dəstək verənlər
NEOBİOTEC
PALTOP
AZFARMA