DİŞ İMPLANTASİYASINDA YENİ ERA





RƏQƏMSAL TEXNOLOGIYALRLA YENI TAM IDARƏOLUNAN CƏRRAHI MÜDAXILƏ

AzOMFS Cəmiyyəti üzərinə götürdüyü vəzifələri yerinə yetirərək yerli mütəxəsisslərin peşə səviyyəsinin yüksəlməsinə yönəlmiş elmi-praktiki kursları keçirir 
2018 il oktyabr ayın 29-30tarixində ATU-nun Tədris-Stomatoloji Klinikasında dentla implantologiyada yeni nəsil kompyüter modelləməni açıqlayan elmi-praktiki kurs keçirilir.
Kurs dental implantologiyada kompyüter moddeləşməsində beynəlxalq səviyyədə tanınmış amerikalı mütəxəssis Maykl Kleyn tərəfindən aparılacaq


Maykl Kleyn ixtisasça ortoped-stomatoloqdur. Son 17 ildir ki  o Nyu York Universitetində Periodontologiya və İmplantologiya kafedrasında çalışır. 
Dental implantologiyada kompyüter moddeləşməsinin pioneridir və  bu sahədə bir çox patent sahibidir. 
Mütəxəssislər arasında nufuzlu Dentla İmplantologiya Atlasın həmməllifidir.

Kursun mövzusu
DENTAL IMPLANTOLOGIYADA ISTƏNILƏN NƏTICƏNI ƏLDƏ EDƏK:
YENI NƏSIL KOMPYÜTER MODELLƏŞDIRILMƏSI PROTOKOLU

Açıqlanma
Dental implantologiyada cərrahi şablonun hazırlanması üçün aparılan müayinələrin təhlili, diaqnostik şablonların hazırlanması, cərrahi və ortopedik işin planlaşdırılması vaxt aparan və ağır bir işdir. 
Hazırda istifadə etdiyimiz kompyuter texnologiyaların köməyi ilə cərrahi əməliyyatın planlaşdırılmasında və cərrahi şablonların hazırlanmasında məhdudiyyətlər  olduğundan, dental implantatların düzgün yerləşdirilməsi üçün müvəqqəti ortopedik konstruksiyaların istifadəsi zamanı, müxtəlif çətinliklərə rast gələ bilirik.
3-cu nəsil kompyüterlə idarə olunan cərrahiyyədə bəzi məhdudiyyət və çətinlikləri nəzərə alaraq dental implantatların yerləşdirilməsi üçün yeni nəsil kompyuterlə idərəetmə üsulu işlənilib. Kursda son nəsil kompyuter texnologiyalarına əsaslanan yeni protokol təqdim edilir. Bununla diaqnostik şablonların hazırlanması, cərrahi və ortopedik planlaşdırmanın aparılması, cərrahi şablonların və müvəqqəti ortopedik konstruksiyaların hazırlanması daha tez, asan və səmərəli keçir. Bu yeni protokollar dental implantologiyada hazırki müalicə hüdudlarını genişləndirir.

Gözləninən nəticə
Yeni sistem cərrahi müdaxilə zamanı gələcək ortopedik konstruksiyanı nəzərə alaraq burğacla implantatların yerinin açılmasının yüksək dəqiqlik ilə aparılmasını təmin edir. Cərrahi planlaşdırmanın aparılması və cərrahi şablonun yaradılması üçün rəqəmli texnologiyalara əsaslanan protokol sonradan ortopedik müalicənin planlaşdırılmasında, əvvəlcədən seçilmiş abatmentlərlə  dəqiq, səmərəli və müvəqqəti ortopedik konstruksiyanın quraşdırılmasını təmin edir. Nəticədə cərrahi və ortopedik müalicədə daha yüksək nəticələr əldə etmək mümkün olur.

Kursun strukruru
Kurs 2 gün müddətində keçirilir və 2 hissədən ibarət olacaq –mühazirə və bacarığın əldə edilməsi.
Kursantlar öz istəyi ilə bir və ya hər iki hissədə iştrak edə bilər.
Bacarığın əldə edilməsi kursu zamanı hər bir iştrakçı modellər üzərində dental implantatların tam idarəolunan sistemlə yerləşdirilməsinin, aparılan müayinələrin təhlilindən başlayarq, cərrahi və ortopedik müalicəyədək,  bütün mərhələləri icra edəcək. 
Eyni zamanda kursantlar canlı cərrahiyyədə yeni protokolla aparılan əməliyyatı interaktiv şəkildə izləyəcək.

Kursda iştrak ödənişlidir
Kursun mühazirlərində iştrak -100 AZM (Azərbaycan Ağız və Üz-çənə Cərrahaları Cəmiyyətin üzvləri üçün 50 AZM) olacaq
Bacarığın əldə edilməsi kursunda yer məhdudiyyatı var- 20 nəfər
Kurs zamanı hər iki iştrakçıya xüsusi modellər və əməliyyat dəst ayırırlır. 
Bacarığın əldə edilməsi kursun qiyməti 500 AZM (Azərbaycan Ağız və Üz-çənə Cərrahaları Cəmiyyətin üzvləri üçün 300 AZM) olacaq. Praktiki kurs iştrakçıları keçirilən mühazirə ödənişindən azaddır. 
Kurs iştrakçıları Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən kreditlə və AzOMFS Cəmiyyətinin Sertifikatı ilə təltif olunacaq 

Əlaqə nömrəsi: +99450 8880880 Günel Haciyeva
E-mail: gunel_hajiyeva@hotmail.com
Kursun Proqramı
29.10.18 Birinci gün 
09.30-10.00Qeydiyyat
10.00-10.15Kursun açılışıprof. Çinqiz Rəhimov
10.15-12.15Mühazirə 
RƏQƏMSAL TEXNOLOGIYALARLA DENTAL IMPLANTOLOGIYADA UĞURLAR
Michael Klein
12.15-12.45Nahar
12.45-14.30Pasiyent üzərində rəqəmsal texnologiyalara əsaslanan cərrahi əməliyyat 
(live surgery)
Michael Klein
14.30-14.45Çay fasiləsi
14.45-16.30Əməliyyatın müzakirəsi 
30.9.18 İkinci gün
10:00Mühazirə
YENI NƏSIL KOMPYÜTER MODELLƏŞDIRILMƏSI PROTOKOLU
DENTAL IMPLANTOLOGIYADA ISTƏNILƏN NƏTICƏNIN ƏLDƏ EDILMƏSI 
Michael Klein
11:30 – 11.45Çay fasiləsi
13-30-14.45Modellər üzərində yeni usulla əməliyyat bacarığın əldə edilməsi 
(praktiki kurs)
Michael Klein
13-30-14.15MüzakirələrMichael Klein
14.15-14.30Kursun bağlanışıprof. Çinqiz Rəhimov