29 iyun 2018-ci ildə Cəmiyyətin Təqdimat Toplantısının ilk günündə ATU-nun Tədris Cərrahiyə Klinikasında Elmi Forum keçirilmişdir.
Konfransı Cəmiyyətin sədri prof. Ç.Rəhimov açaraq iclası aparmaq üçün sədarətin seçilməsini təklif edir. Konfransın aparılaması professor İbrahim Yıldırım (Türkiyə), professor Edqar Biemer (Almaniya) və professor Oqtay Səyidbəyova həvalə edilir.
Ən yüksək elmi səviyyədə keçirilən tədbirdə bu sahədə ən qabaqcıl texnologiyaların tədbiqi müzakirə edilib və təcrübə mübadiləsi aparılmışdır. Konfransda dünya şöhrətli məhşur cərrahlardan İbrahim Yıldırım, Edqar Biemer, Aleksandr Nerobeyev, Suprabhatam Balaji, Pietro Bormioli, Vladislav Malançuk, eləcə də Azərbaycan alimi Çingiz Rəhimov çıxış edib. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 17 ballıq kredit sistemi ilə dəyərləndirilmişdir. Konfransa gələn xarici qonaqları ATU-nun rektoru professor Gəray Gəraybəyli qəbul etmişdir.
30 İyun 2018-ci ildə ATU-nun Tədris Cərrahiyə Klinikasının Akt Zalında Cəmiyyətin təntənəli Təqdimat Toplantısı keçirildi. Təqdimat Toplantısını ATU-nun elmi işlər üzrə müavini Rauf Bəylərov açdı.
Tədbirin açılışı ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
250-dən artıq üzvü olan Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin sədri professor Çingiz Rəhimov ixtisasın inkişaf tarixi və bu qurumun məqsəd və vəzifələri haqqında məlumat verdi.
Çıxışın əvvəlində Ç.Rəhimov keçirilən tədbirlə əlaqədar Cəmiyyətin adına daxil olan təbrikləri səsləndirdi.