DİŞ İMPLANTASİYASINDA YENİ ERA
AzOMFS Cəmiyyəti üzərinə götürdüyü vəzifələri yerinə yetirərək yerli mütəxəsisslərin peşə səviyyəsinin yüksəlməsinə yönəlmiş elmi-praktiki kursları keçirir.
2018-ci il sentyabr ayının 14-16-sı tarixlərində ATU-nin Tədris-Stomatoloji Klinikasında dental implantologiyada yeni səmərəli üsulun tədbiqi imkanlarını açıqlayan elmi-praktiki kurs keçirilir.
Kurs dental implantologiyada yeni texnologiyaların tədbiqi sahəsində tanınmış İsrail mütəxəssisi, üsulun müəllifi, Andy Boiangui tərəfindən aparılacaq
Andy Boiangiu ağız və üz-çənə cərrahıdır. Dünyanın müxtəlif ölkələrində sümük artırılmasında kök hüceyrələrinin və inkişaf faktorlarının tədbiqi üzrə məruzələr keçirir. Praktiki fəaliyyətinin əsas istiqamətləri: ağız və üz-çənə cərrahiyyəsi sahəsində sümük artırılma əmaliyyatlarıdır. |
Kursun mövzusu
MİNİMAL İNVAZİYA İLƏ SİNUS LİFT ƏMƏLİYYATI
Açıqlama
Diş implantasiyasında əng cibi dibinin artırılması, klinisistlər üçün artıq standart bir cərrahi müdaxilə olsa da pasiyentlər üçün əməliyyatdan sonra narahatlığa səbəb olur. Adi diş implantasiyasından fərqli olaraq burada daha geniş cərrahi müdaxilə aparılır, əng cibinin strukturları daha çox zədələnir və bu səbəbdən daha ciddi fəsadlaşmalarla rastlaşa bilərik.
Son zamanlar tibbin müxtəlif sahələrində minimal invaziv müdaxilələrə daha çox üstünlük verilir. Bu prinsiplərlə Sinus lift əməliyyatının aparılmasının tədbiq edilməsi imkanlarını Sizinlə müzakirəyə çıxardırıq.
Əməliyyat zamanı ən minimal invaziv yolla əng cibinə yanaşma və hidravlika gücü ilə Şnayder membranının qaldırılması onun icrasını asanlaşdırır və fəsadlaşma riskini xeyli azaldır.
Düşünürük ki, təqdim etdiyimiz metodika diş implantasiyasında yeni eranın başlanmasının göstəricisidir.
Gözləninən nəticə
Xəstələrin diskomfortunu azaldan və təhlükəsizliyini təmin edən inqilabi Yeni Sinus Lift üsulu yüksək təhlükəsizliyi təmin etməklə birlikdə xəstələrin şikayətlərinin azalmasına səbəb olur.
Kursun strukruru
Kurs 2 gün və 2 hissədən ibarət olacaq –mühazirə və bacarığın əldə edilməsi.
Kursantlar öz istəyi ilə bir və ya hər iki hissədə iştirak edə bilər.
Bacarığın əldə edilməsi kursu zamanı hər bir iştrakçı modellər üzərində bu əməliyyatın aparılması texnikasını bütün mərhələlərlə icra edəcək.
Bununla yanaşı pasiyentlər üzərində keçirilən əməliyyatın canlı yayımı aparılacaq və cərrahla interaktiv əlaqə yaradılacaq.
Kursda iştirak ödənişlidir
Kursun mühazirlərində iştirak -100 AZN (Azərbaycan Ağız və Üz-çənə Cərrahaları Cəmiyyətinin üzvləri üçün 50 AZN) olacaq
Bacarığın əldə edilməsi kursunda yer mədudiyyət var- 20 nəfər
Kurs zamanı hər iki iştrakçıya xüsusi modellər və əməliyyat dəsti ayrılır.
Bacarığın əldə edilməsi kursunun qiyməti 500 AZN (Azərbaycan Ağız və Üz-çənə Cərrahaları Cəmiyyətinin üzvləri üçün 300 AZN) olacaq. Praktiki kurs iştirakçıları keçirilən mühazirə ödənişindən azaddır.
Kurs iştirakçıları Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən kreditlə və AzOMFS Cəmiyyətinin Sertifikatı ilə təltif olunacaq
Əlaqə nömrəsi: +99450 8880880; +994552742222 Günel Hacıyeva
E-mail: Gunel_Hajiyeva@hotmail.com
Kursun Proqramı
14.09.18 Birinci gün
09.30-10.00 | Qeydiyyat | |
10.00-10.15 | Kursun açılışı | prof. Çingiz Rəhimov |
10.15-12.15 | Mühazirə MİNİMAL İNVAZİYA İLƏ SİNUS LİFT ƏMƏLİYYATI | Andy Boiangiu |
12.15-12.45 | Nahar | |
Pasiyent üzərində yeni üsulla Sinus Lift əməliyyatı (live surgery) | Andy Boiangiu | |
14.30-14.45 | Çay fasiləsi | |
14.45-16.30 | Əməliyyatın müzakirəsi | |
15.9.18 İkinci gün | ||
10.00-11.30 | Mühazirə YENİ ÜSULLA SİNUS LİFT ƏMƏLİYYATININ TƏCRÜBƏSİ | Andy Boiangiu |
11:30–11.45 | Çay fasiləsi | |
13-30-14.45 | Modellər üzərində yeni üsulla əməliyyat bacarığının əldə edilməsi (praktiki kurs) | Andy Boiangiu |
13-30-14.15 | Müzakirə | Andy Boiangiu |
14.15-14.45 | Pasiyent üzərində yeni üsulla Sinus Lift əməliyyatı (live surgery) | Andy Boiangiu |
14.45-15.00 | Kursun bağlanışı və Sertifikatların təqdim edilməsi | prof. Çingiz Rəhimov |