AZƏRBAYCAN
AĞIZ VƏ ÜZ-ÇƏNƏ
CƏRRAHLARI CƏMİYYƏTİ
ÜZV OLMAQ! SON XƏBƏRLƏR
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • FƏALİYYƏTİMİZ
  • VİDEO
  • ŞƏKİL
  • MƏQALƏLƏR
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • FƏALİYYƏTİMİZ
  • VİDEO
  • ŞƏKİL
  • MƏQALƏLƏR

Çingiz Rəhim Oğlu Rəhimov

person-3

Tibb elmləri doktoru , professor

Qısa məlumat:

  • Tibb elmləri doktoru , professor
  • Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri.
  • Ağız və Üz-çənə cərrahı.
  • 39 il peşə, 37 elmi-tədqiqat, 26 pedaqoji təcrübə. 
  • 120-dən çox elmi işin (onlardan 28-i PubMed-də dərc olunub) 3 monoqrafiyanın, 2 ixtiranın , 4 texniki yeniliyin müəllifidir 
  • 1 əsər müəllifi saibidir. 
  • 10 tibb üzrə fəlsəfə doktoru hazırlayıb. Hazırda 9 tədqiqatçı onun rəhbərliyi altında və məsləhətçiliyi ilə elmi iş aparır. 
Tədqiqat sahəsi: 
________________________________________________________________
  • Rəqəmli texnologiyaların tədbiqi ilə kəllə-üz qusur və deformasiyalarda rekonstruksiya  əməliyyatları
  • Gicgah-çənə oynağının cərrahi müalicəsi.
  • Orbita rekonstruksiyası
  • AO prinsiplər əsasında üz-skeleti sümükləri sınıqlarının müalicəsi
  • Üz-çənə implantasiyası 
  • Ciddi atrofiyaya uğramış çənələrdə dental implatasiyanın aparılması
Əsas nailiyətlər:
________________________________________________________________
  • Keçmiş SSR-idə  üz-çənə cərrahlar arasında o dövrün ən cəng tibb elmləri doktoru adına lyiqolub. 
Dünya təcrubəsində  ilk dəfə:
  • Üz-çənə nahiyyəsində geniş yayılmış şişlərin müalicəsində incik sümüyündən götürülən damar ayaqcıqda autotransplantatla və onun üzərində dərhal yerləşdirilmiş dental implantlarla çənə sümüyünün  və gicgah çənə oynağının rekonstruksiyasi və dərhal protez reabilitasiyası keçirilib
  • Rəqəmli texnologiyaların son nailiyyəti olan artırılmış realllıq eynəklərlə və tərəfimizdən hazırlanan xüsusi proqram təminatı ilə üz-çənə nahiyyəsinin rekonstruksiyasında yüksək dəqiqlik əldə edilir, əməliyyat vaxtı xeyli azaldılır, toxumaların zədələnməsi minimuma endirilir, eləcədə yüksək funksional və estetik nəticə əldə olunmasına imkan yaranır. Bu  məlumat Evronyus telekanalında yayılıb.
Azərbaycan səhiyyəsində ilk dəfə olaraq
  • Craniofasial cərrahi əməliyyatlarını aparır.
  • Üz-çənə cərrahiyyəsində əməliyyatönü virtual planlaşdırmanı, plastik moddeleərin hazırlanmasını və naviqasion usulunu tədbiq edir.
  • Çənənin incik sümüyündən götürülən damar ayaqcıqda sərbəst autotransplantatla bərpasını yerinə yetirir.
  • Cərrahi əməliyyatdan sonraki çənə defektlərində dental implantlarla ortopedik reabilitasiya
  • Ambulator şəraitdə ümümi ağrısızlaşdırma altında müxtəlif növ ağız və üz-çənə cərrahi əməliyyatlarını icra edir.
  • Travmalar zamanı orbita rekonstruksiyalarında custom made titan lövhələrini tədbiq edir.
  • Gicgah-çənə oynağının artrosentezini aparır
  • Gicgah-çənə oynağının tam süni oynaq kompleksi ilə əvəz olunmasını aparır
  • Az invaziv transkoyuktival yolla orbitanın rekonstruksiyasını aparır 
  • Kəllə-üz-çənə nahiyyəsində distraktorları tədbiq edir
  • Konorar yanaşma ilə Almacıq-orbita kompleksinin deformasiyaların aradan qaldırırır 
  • Ziqoma implantasiyası əməliyyatını aparır.
  • Ortoqnatik cərrahiyyədə 3D sefalometriya metodları tədbiq edir
Peşə fəaliyyəti:
__________________________________________________________________
1979-1981 Naxçıvan Muxtar Respublikasında ağız cərrah kimi sərbəst  peşə fəaliyyətinə  başlayıb.
1981-1984 Moskva şəhərindəÜmumittifaq Onkologiya  Mərkəzinin baş və boyun şişləri şöbəsində məqsədliaspirantura.
1986-1992 Moskva şəhərindəMoskva Tibb Akademiyasının  üz-çənə cərrahiyyəsi  kafedrasında doktorantura.
1992 - bu günə kimi Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professoru
1992-1993 Azərbaycan Respublikası  Prezidentinin İcra Apparatının Humanitar siyasət şöbəsinin müdir müavini (səhiyyə və sosial problemləri əhatə edən  sahə üzrə kurator).
1993-1998 Azərbaycan Respublikası  Nazirlər Kabinetiinin Səhiyyə və sosial  problemlər şöbəsinin  müdiri. 
1997-2000 BMT-nin Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi.
2004-2015 Səhiyyə Nazirliyinin 1 saylı klinik Xəstəxanasının   üz-çənə cərrahiyyə şöbəsinin müdiri.
2007, 2012 Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsinə seçilib
Təhsili:
__________________________________________________________________
1973-1978 Azərbaycan Tibb Univertsiteti, Stomatologiya Fakultəsi 
1978-1979 1 saylı Bakı şəh. xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində 1 illik internatura
1980- Moskva şəhərində Hersen adına Russiya Onkoloji İnstitunda 6 aylıq iş yeri 
1981-1984- Moskva şəhərindəÜmumittifaq Onkologiya  Mərkəzində  Baş və boyun şişləri şöbəsində məqsədli aspirantura
1986-1992- Moskva şəhərində Moskva Tibb Akademiyasında üz-çənə cərrahiyyəsi klinikasında doktorantura
Elmi nailiyyətlər:
__________________________________________________________________
1984-  Moskva şəhərində  Ümumittifaq Onkologiya  Mərkəzdə“Baş və boyun  nahiyyəsinin  dərisinin melanoması” adlı  namişədlik dissertasiyasını müdafiə edərək TİBB ELMLƏRİ NAMİZƏDİ adı alıb.
1992-ci  ildə  Moskva şəhərində Mərkəzi Elmı-Tədqiqat Stomatologiya İnstitutunda“Baş və boyununyumşaq toxumalarının   irinli iltihabı  proseslərinin müalicəsində  antioksidantların yeri və rolu“adlı doktorluq dissertasiyasını müdafiə edərək TİBB ELMLƏRİDOKTORU adına layıq olub.
1999- Azərbaycan Tibb Universitetinin Cərrahi Stomatologiya kafedrasının PROFESSORU adı verilib
Bu günə kimi 120 çox elmi işin, o cümlədən 2 ixtiranın, 2 səmərələşdirici təklifin və 5 tədris metodik vəsaitin müəllifıdir.
10 tibb elmləri namizədi hazırlayıb.
Hazırda 3 tibb  üzrə doktorluq işinin elmi məsləhtçisi, 6 fəlsəfə doktoru işinin elmi rəhbəridir.
Elmi Jurnallarda redaksiya heyyətinin üzvü:
__________________________________________________________________
  • Azərbaycanın “Oftalmologiya Jurnalı” .
  • Rusiyanın “Baş və boyun şişləri ”jurnalı.
  • Ukrainanın “Ağız və üz-çənə patologiyaları jurnalı”. 
Elmi cəmiyyətlərin üzvü.
_________________________________________________________________
  • Beynəlxalq Ağız və Üz-çənə cərrahları Cəmiyyəti.
  • Avropa Kəllə-üz-çənə cərrahları Cəmiyyəti.
  • Rusiyanın Baş və boyun onkoloqlar Cəmiyyətinin üzvü.
  • Azərbaycan Ağız və üz-çənə cərrahları Cəmiyyətinin üzvü
  • Azərbaycan Diş İmplantoloqlar Cəmiyyətinin fəxri üzvü. 
  • Kəllə-üz-çənə cərrahiyyəsi üzrə Avropa Osteointeqrasiya Akademiyasının eksperti
İctimai fəaliyyəti:
__________________________________________________________________
  • 1992-1993 Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdir müavini (səhiyyə və sosial problemləri əhatə edən sahə üzrə kurator). 
  • 1993-1998 Azərbaycan Respublikası Nazirlər Kabinetinin səhiyyə və sosial problemlər şöbəsinin müdiri.
  • 1997-2000 BMT-nin narkotiklərlə mübarizə üzrə Azərbaycan Respublikasında yardım proqramının Milli Koordinatoru.
  • 2011-bu günə qədər İxtisas üzrə Rezidentura Qəbul Proqramına və test bankına daxil olmuş testlər üzrə, həmçinin qapalı rejimdən sonra imtahanda istifadə olunmuş sual kitabçalalarında təqdim olunan testlərin ekspertizası üzrə məsul şəxs.
  • 2017- Azərbaycan üz-çənə cərrahları cəmiyyətin sədri.
Hazırda Universitetdə icra etdiyi vəzifələr:
__________________________________________________________________
·Böyük Elmi Şuranın üzvü.
  • Stomatoloji Fakultənin Elmi Şurasının üzvü.
  • Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Kommisiyasının Dissertasiya işləri üzrə ixtisaslaşdırılmış Elmi Şuranın sədr müavini.
  • Stomatoloji fakültənin Problem Komissiyasının sədri.
  • Universitetin professor-müəllim heyyətinin fəaliyyətinin Bal-Reytinq Sistemi üzrə Qiymətləndirilməsi Komissiyasının sədri
  • Universitetin dekan və kafedra müdirlərinin seçilməsi üzrə Komissiyanın üzvü.
  • Stomatoloji Klinikanın direktorun müvini 
Kompyüter mənimsənilmə: 
__________________________________________________________________
Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint, Keynot, Pages kompyuter proqramlarında işləyir.
Dillər biliyi:
__________________________________________________________________________________________
Azərbaycan, Rus və İngilis dilləri
Ailə vəziyyəti:
_________________________________________________________________
Ailəlidir, 2 qız və 1 oğul atasıdır.

DİGƏR ÜZVLƏRİMİZ

person-17ƏMİRƏLİYEV KƏNAN NAMİQ OĞLU
person-17İBRAHİMLİ SÜLEYMAN ŞAHNİYAR OĞLU
person-17BƏDİRXANLI NAMİQ SƏTTAR OĞLU
person-17ƏBİLOV İLQAR NİZAMİ OĞLU
person-17AŞURƏLİYEV XƏYAL GÜLÜŞ OĞLU
person-17MƏMMƏDOVA GÜNƏŞ RƏHMAN QIZI
Son xəbərlər
  • 1-ci AzOMFS KONQRESİ 22-05-2019, 17:32
  • Minimal Lift Sinus Əməliyyatı 14-15 sentyabr 2018 22-08-2018, 20:30
  • Rəqəmsal İmplantalogiya 29-30 oktyabt 2018 21-08-2018, 22:30
  • 30 İyun 2018-ci ildə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Akt Zalında Cəmiyyətin təntənəli Təqdimat Toplantısı keçirildi 8-08-2018, 23:51
  • 29 iyun 2018-ci ildə keçirilən Elmi Forum 10-07-2018, 00:58

Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin verdiyi Şəhadətnaməyə əsasən 29 sentyabr 2017-ci ildən etibarən rəsmi fəaliyyət göstərir.

Son xəbərlər
  • 1-ci AzOMFS KONQRESİ 22-05-2019, 17:32
  • Minimal Lift Sinus Əməliyyatı 14-15 sentyabr 2018 22-08-2018, 20:30
  • Rəqəmsal İmplantalogiya 29-30 oktyabt 2018 21-08-2018, 22:30
  • 30 İyun 2018-ci ildə ATU-nun Tədris Cərrahiyyə Klinikasının Akt Zalında Cəmiyyətin təntənəli Təqdimat Toplantısı keçirildi 8-08-2018, 23:51
  • 29 iyun 2018-ci ildə keçirilən Elmi Forum 10-07-2018, 00:58
by Gasimov.az